Ukrayna latın əlifbasına keçə bilər

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, ölkədə kiril əlifbasından latın əlifbasına keçilə bilər.

Bununla bağlı Danilov “Azadlıq radiosu“nun efirində danışıb.

Onun fikrincə, ölkədə yazılı dilini dəyişdirmək əsas işlərdən biridir.

Danilov, həmçinin ikinci dövlət dili statusunun ingilis dilinə verilməsini də təklif edib. Onun fikrincə, ingilis dili sivil ünsiyyət dili sayılır.

Bundan əlavə, katib Ukraynada uşaq bağçalarında ingilis dilinin tədrisinin tətbiq olunmasının zəruriliyini bildirib.

Qeyd edək ki, 2019-cu ilin aprelində “Ukrayna dilinin dövlət dili olaraq fəaliyyətinin təmin edilməsi haqqında” qanun qəbul edilib. 2021-ci ilin iyulun 16-dan etibarən Ukrayna televiziyasında yalnız ana dilə tərcümə olunan filmlər və seriallar yayımlanır, əlavə olaraq konsertlər, əyləncə şouları, sərgilər, ekskursiyalar, teatrlar və muzeylər üçün dövlət dili məcburi hala çevrilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password