Gorus-Qafan yolunda Azərbaycan polisinin postları işə başladı – VİDEO

 

Gorus-Qafan yolunda Azərbaycan polisinə məxsus post qurulub və onlar artıq fəaliyyətdədir.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb və ermənilərin təşvişinə səbəb olub.

Azərbaycan DİN bu barədə məlumat yayaraq bildirmişdi ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarmızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur.

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Kafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb.

Müharibə başa çatdıqdan sonra “məzmunu bilinməyən” yüklər İrandan Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasına çatdırılır. Son üç ayda Laçın dəhlizi ilə 80-dən çox yanacaq və digər, əsasən bilinməyən yüklərlə dolu yük maşınları keçib. Nə İran, nə də Ermənistan Azərbaycan tərəfindən, o cümlədən azad edilmiş Qarabağda yerləşən Azərbaycan qoşunlarının komandanlığından bununla bağlı icazə almayıb.

“Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Müdafiə Nazirliyi və sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Məktublarda qeyd olunmuşdur ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunmuşdur.

Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır”, – deyə məktublarda bildirilib.

Dünən saat 12.00 radələrində başlanmış yoxlamaların başlıca səbəbi İrandan Ermənistana, oradan da Azərbaycana, Xankəndinə müxtəlif yüklərin qanunsuz şəkildə daşınması ilə bağlıdır./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password