Ramin Bayramlı vəzifəsindən istefa ərizəsi yazıb

 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən azad olunmaq istəyir.

Bu barədə o, özünün tvitterdəki səhifəsində bildirib.

Xatırladaq ki, dünən axşam saatlarında yayılan məlumatlarda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilirdi.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib.

“Dəqiqləşdirib deyərəm” deməklə kifayətlənib.

Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password