“Fatih” Qara dənizdə kəşfiyyat-qazma işlərinə başladı

 

Türkiyənin “Fatih” kəşfiyyat-qazma gəmisi Qara dənizin Sakarya ərazisindəki karbohidrogen bölgəsində “Türkali-5” quyusunun qazıntısına başlayıb.

“Anadolu” agentliyinin yaydığı xəbərə görə, bu barədə TPAO (Türkiyə Petrolleri Anonim Ortaklığı) şirkəti sosial şəbəkə hesabından paylaşım edib.

Qeyd edək ki, “Fatih” Türkiyənin dənizdə ilk dərin kəşfiyyat-axtarış quyusunu “Tuna-1” yatağında qazandan sonra “Türkali-1” quyusunda 77 gün ərzində 3 min 920 metr dərinlikdə kəşfiyyat-qazma işləri aparıb. Bunun ardınca isə “Türkali” bölgəsində daha 3 quyu işlənilib.

Mütəxəssislər “Türkali-5” quyusunun yerləşdiyi rayonda zəngin qaz yatağının olduğunu ehtimal edirlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password