Putin Avropaya Lukaşenko ilə danışıq aparmağı məsləhət görüb
Rusiya Federasiyası prezidenti Vladimir Putin Avropa ölkələrinə “Taliban” hərəkatından fərqli olaraq, hakimiyyətə qanuni yolla gəlmiş Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparmağı məsləhət görüb.
Bu barədə “RİA Novosti” xəbər verib.
“Hamı “Taliban” hərəkatı ilə birbaşa danışmaq istəyir, hərçənd o, BMT-nin terror təşkilatları siyahıya salınıb. Deyirlər ki, bəli, “Taliban” əraziyə nəzarət edir, onunla danışmaq lazımdır. Amma Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyətə silahlı mübarizə nəticəsində yox, səsvermə yolu ilə gəldi.
Nəticə kiminsə xoşuna gəlir, kiminsə xoşuna gəlmir – bu başqa məsələdir. Amma mənim cavabım belədir: – gedin Belarus hakimiyyəti ilə danışın. Bizimlə nə danışırsınızsa. Rusiyanın bura heç bir aidiyyəti yoxdur”, – Vladimir Putin Rusiya-Belarus liderlərinin danışıqlarının nəticəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.