Nikol Paşinyan hansı mesajlar verir?

 

“Ermənistanda vəziyyət olduqca bərbaddır. Ermənistan əslində çıxılmaz vəziyyətdədir. Paşinyan anlayır ki, Azərbaycanla, eləcə də Türkiyə ilə sərhəd məsələsi gündəmdə ciddi şəkildə dayanır. Üstəlik bir tərəfdən onu Rusiya, digər tərəfdən də erməni xalqı sıxır. Regionda da Azərbaycanın dəmir yumruğu onların başı üzərindədir. Paşinyanın bunu anladığından erməni xalqını Azərbaycanla sülhə hazırlamasından başqa yolu qalmayıb. Odur ki, indi bu məsələni qaldırır”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlər fonunda işlətdiyi fikirləri şərh edən politoloq Rüstəm Məmmədov deyib.

Mütəxəssis bildirib ki, Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiya və demorkasiyası üçün zəmin hazırlamaqla bağlı fikirləri də anlaşılandır: “Paşinyan bunu deyəndə əsasən erməni xalqını bu prosesə hazırlanmasını nəzərdə tutur. Bundan başqa nə iş görə bilər? O, öz xalqını oyatmaq istəyir. Çünki erməni xalqı heç cürə Azərbaycan və Türkiyəni qəbul etmək istəmir. Paşinyan da xalqını başa salmağa çalışır ki, bunlarsız erməni xalqının sabahı yoxdur. Əlbəttə, həqiqət naminə deməliyik ki, Paşinyan çox ağır işin altına girir və bunun öhdəsindən gəlməyə də bilər. Biz arzu edirik ki, gəlsin”.

Rüstəm Məmmədov qeyd edib ki, Paşinyanın Ermənistanın dəmir yolu vasitəsilə İran və Rusiyaya çıxışı və Azərbaycanın Naxçıvanla yolunun açılmasını paralel formada dilə gətirməsi də təsadüfi deyil: “Paşinyan demək istəyir ki, Ermənistanın bütün çıxış yolları Azərbaycanla bağlıdır. Görürsünüzmü, ötən gün Azərbaycan təyyarəsi Gəncədən Ermənistan üzərindən Naxçıvana uçdu. Yəni Ermənistan hava sahəsini Azərbaycan üçün açdı. Paşinyan anlayır ki, yolların açılışı sabah Ermənistan üçün milli gəlir deməkdir. O cümlədən də quru və dəmir yollarının açılması. Əlbəttə, Paşinyan Zəngəzur dəhlizi kimi ifadələrdən qaçır və daha çox kommunikasya xətlərinə vurğu edir. Bütün hallarda hesab edirəm ki, yolların açılması Ermənistanın özü üçün də xeyirdir və İrəvan buna getməlidir”.

Politoloq Nikol Paşinyanın bölgədə sabitlikdə maraqlı olmasını vurğuladığını xatırlatmaqla yanaşı əlavə edib ki, baş nazir ATƏT-in Minsk Qrupunu da çıxışı zamanı qabardır: “Əlbəttə, Paşinyan bir növ ölü vəziyyətdə olan Minsk Qrupunu diriltmək istəyir. Amma bu baş tutan iş deyil. Minsk Qrupu əslində ölü qrupdur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password