İran “Taliban”ın Pəncşirə hücumunu qınadı
“İran Əfqanıstanın paytaxtı Kabilin şimalındakı Pencşir vilayətinə “Taliban” tərəfindən həyata keçirilən hücumları qınayır, problemləri həll etmək üçün münaqişə tərəflərini dialoqa çağırır”.
“TRT Haber”in vderdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə paytaxt Tehranda keçirdiyi mətbuat konfransında deyib.
Hatibzadə Pəncşirdəki vəziyyəti “narahatlıq doğuran” bir vəziyyət olaraq xarakterizə edib. O deyib ki, hər iki tərəf də bu yolun qardaşların qırğını ilə nəticələnməsinə imkan verməməlidir:
“Pəncşir xalqı aclıq çəkir və suyu və işığı kəsilərkən mühasirəyə düşür. “Taliban” beynəlxalq qanunlara görə öhdəliklərinə əməl etməlidir”.
Hatibzadə bu ölkədə yeganə həll yolunun Əfqanıstanda bütün tərəflər arasında dialoq və əhatəli hökumət qurmaq olduğunu vurğulayıb.