“Taliban”ın müqavimətini qıra bilmədiyi Pəncşir – Əyalətin üstünlükləri

 

Hindu-Kaş dağ silsiləsində yerləşən Pəncşir partisan hərəkatı ümçün idealdır

Əfqanıstanın Pəncşir əyalətinin coğrafi mövqeyi və landşaft xüsusiyyətləri burada “Taliban”a qarşı cəmlənmiş müqavimət qüvvələrinin əsas üstünlüklərindən biridir. Bu barədə “The Washington Post” yazıb.

Qəzetin qeyd etdiyinə görə, “taliblərə” qarşı üsyan edən Şimal İttifaqının hazırkı lideri Əhməd Məsud 1980-ci illərdə Qərb dövlətlərinin dəstəyi ilə Sovet Ordusu ilə döyüşən atası, səhra komandiri Əhməd Şah Məsuddan fərqli olaraq beynəlxalq dəstək ala bilmir. Amma oğul Məsud qonşu Tacikistandan təchizat yolunu itirsə də, üsyançıların hələ də uğur qazanma şansı var. Çünki Pəncşirin dağlıq olması üsyançılar üçün əlverişlidir.

Pancşir Hindu-Kuş dağ silsiləsində yerləşir və ora çoxlu dərələrlə, qayalıqlarla seçilir. “The Washington Post” yazır ki, bu, üsyançıların “Taliban”a tələ qurmasına və onlar üçün bir növ təbii qala yaratmasına imkan verən partizan müharibəsi üçün ideal bir yerdir.

Yəni ki, bölgənin coğrafiyası Şimal İttifaqının qələbələrini təmin edib. Milli Müqavimət Cəbhəsi də adlandırılan Şimal İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəisi Əli Nazəri qəzetə verdiyi müsahibədə xatırladıb ki, 1980-ci illərdə Sovet qoşunları bu əyaləti ələ keçirmək üçün doqquz dəfə cəhd etsələr də, hər dəfə geri oturdulub: “1990 -cı illərdə “Taliban” da Pəncşiri almağa cəhd göstərdi. Reaktiv təyyarələr və raket qurğuları baxımından ciddi bir hərbi üstünlüyə baxmayaraq, bunu bacarmadı”.

Bu günlərdə məlum olub ki, “Taliban”ın Pəncşirə gecə hücumu uğursuz alınıb. Qeyd olunub ki, “Taliban” əyalətə üç istiqamətdən hücum etsə də, heç birində uğur qazana bilməyib. Eyni zamanda, səhərə qədər müqavimət döyüşçüləri “taliblər”in ələ keçirdikləri bir neçə mövqeyi geri ala biliblər.

Qeyd edək ki, sentyabrın 2-də “Taliban” üsyançıların lideri Əhməd Məsudla danışıqların nəticəsiz qalmasından sonra Pəncşir əyalətində müqavimət qüvvələrinə qarşı hücuma keçmək qərarına gəlib. “Taliban” əyalətin əsas yoluna çatdıqlarını və 11 nəzarət məntəqəsini ələ keçirdiklərini açıqlamışdı./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password