Əfqanıstanda müharibə başladı, şiddətli döyüşlər gedir

 

Əfqanıstanın 3 əyalətində “Taliban” hərəkatı ilə müqavimət gücləri arasında toqquşmalar davam edir.

Münaqişə Pəncşir, Pərvan və Baqlan əyalətlərinin müxtəlif rayonlarında qeydə alınıb.

Döyüşlərin ötən gecədən başladığı qeyd olunur. Həlak olanların sayı barədə məlumat yoxdur.

“Taliban” əleyhinə koalisiyanın toplandığı Kabildən təxminən 160 kilometr aralıda yerləşən Pəncşirdən gələn son xəbərlər təşkilatın bu əyalətdə müqavimətə son qoymaq üçün hərəkətə keçdiyini göstərir. Son məlumata görə, “Taliban” bölgə ilə telefon və internet əlaqələrini kəsib və təşkilat bölgəyə yüzlərlə silahlı göndərib.

Yerli sakinlər “Taliban”ın bölgəyə gedən yolları bağladığını, bunun ərzaq məhsullarının bahalaşmasına səbəb olduğunu iddia edirlər. Bu addım “əsas hücumdan əvvəlki son hazırlıq” olaraq şərh olunur. Hər iki tərəfin Əfqanıstan ordusundan qalan silahlarının olduğu və bölgədəki qarşıdurmaların son dərəcə şiddətli olduğu bildirilir.

Xatırladaq ki, “Taliban” avqustun 15-dən etibarən paytaxt Kabil üzərində nəzarəti ələ keçirdiyini bildirib. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password