Türkiyə Kabil hava limanı ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır – Hulusi Akar
Türkiyə Əfqanıstandakı vəziyyəti yaxından izləyir. Müvafiq şərtlər yaranarsa və bir təklif olarsa, Kabil beynəlxalq hava limanının idarə etməsi] məsələsinə baxa bilərik.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada jurnalistlərə bildirib.
Hulusi Akar Türkiyə hərbi kontingentinin son 20 ildə Əfqanıstanda müxtəlif missiyalarda uğurla iştirak etdiyini xatırladıb:
“Türkiyə Əfqanıstanın yenidən qurulmasına, Əfqanıstan xalqının təhlükəsizliyini və sabitliyini təmin etməyə töhfə vermək üçün çalışır. Kabil hava limanı məsələsində lazım olan şərtlər təmin edilməli, Türkiyə dövlət orqanlarının qərarları qəbul edilməli və təsdiq edilməli, həmçinin prezidentin göstərişləri verilməlidir. Bütün təklifləri nəzərdən keçirməyə hazırıq”.