Gənc yazardan sabiq nazirə: “Azərbaycan mədəniyyətinin anasını ağlatdınız”
Əbülfəs müəllim, Kardinal Rişelye bilirdi ki, mütləq hakimiyyəti qorumaq üçün nəzarət altında mədəni inkişafı həyata keçirmək lazımdır. Siz isə mütləq hakimiyyət prinsiplərini dəqiq mənimsəmədiyiniz üçün Azərbaycan mədəniyyətinin anasını ağlar günə qoydunuz.
Xarici ölkələrdə yaşayan dostlarım (iş adamları) mənə Azərbaycandan aldıqları tabloların, xalçaların şəkillərini göndərirdilər. O xalçalar, o tablolar orijinal idi. Siz Azərbaycan mədəniyyətini beləcə satdınız, məhv etdiniz. Rişelyenin ölümündən sonra kəllə sümüyünü oğurlamışdılar. Görəsən, sizin kəllə sümüyünüz kiməsə maraqlıdırmı?
Rişelyenin təşəbbüsü ilə Sarbonna əsaslı təmir olunmuşdu. Fransa Akademiyasını yaratmışdı. Sarbonna universitetində Avropanın ən böyük kitabxanasını bəxş etmişdi öz xalqına. Bəs siz öz xalqınıza nə verdiniz? Siz Mədəniyyət naziri olanda Cəfər Cabbarlı adına kinostudiyada “Maşın şou” çəkildi. Siz mədəniyyət naziri olanda Əhməd Cavadın evi satıldı, sonra da dağıldı ya dağıdıldı.
Siz Mədəniyyət Naziri olanda Azərbaycanın xalçaları, tabloları satıldı, fəxri adlar satıldı. Azərbaycan mədəniyyətinin anasını ağlatdınız. Siz Mədəniyyətdəki varislik prinsipini pozdunuz. Rişelye yazıçılara, sənət adamlarına dəstək olurdu, özü də drammaturgiya ilə məşğul idi. Bəs siz nə ilə məşğul oldunuz? Siz nə Rişelye ola bildiniz, nə də Qara Qarayev. Bilirsiniz niyə? Çünki Rişelye Fransaya aşiq idi. Fransanı dəlicəsinə sevidi. Qara Qarayev Azərbaycanı sevirdi. Çünki müəllimi dahi Üzeyir bəy idi.
Əbülfəs müəllim, əslində sizi də qınamıram. Bəlkə də müəllimləriniz zəif oldu. Sizə Azərbaycanı sevməyi öyrədə bilmədilər. Siz Azərbaycan xalqının yaddaşında xoş xatirələrlə qala bilmədiniz. Çox təəssüf.
Nicat Həşimzadə
Gənc yazar