Çavuşoğludan Əfqanıstan açıqlaması: Davamlı sülh…
İndi Əfqanıstanda yeni reallıq var.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Əfqanıstanda sülh, əmin-amanlıq və sabitliyin bərqərar olmasına diqqət yetirməliyik. Hər şeydən əvvəl, insanların can və mal təhlükəsizliyini qorumaq üçün hakimiyyət boşluğuna yol verilməməlidir. Bu çərçivədə bütün əfqanların aid olduqlarını hiss etdikləri əhatəli bir hökumətin qurulmasını arzulayırıq. Keçmiş səhvlərdən dərs almaq və əhatəli bir anlayışla hərəkət etmək Əfqanıstanda davamlı sülhün bərqərar olmasına kömək edəcək.
Təhlükəsiz olmayan mühit yeni bir köç dalğasına səbəb ola bilər. Bu səbəbdən beynəlxalq ictimaiyyət Əfqanıstanda birlik və həmrəylik içində hərəkət etməlidir. Əhalinin yarısının təcili humanitar yardıma ehtiyacı var. Beynəlxalq birliyin yardım və dəstək səylərini artırması lazımdır. Yardımın xalqa çatdırılması üçün BMT və digər yardım təşkilatlarının işlərinin fasiləsiz davam etdirilməsi vacibdir”, – deyə Çavuşoğlu bildirib.