Əfqanıstandakı yaraqlılar KTMT-yə sıza bilər – Şoyqu

 

Əfqanıstanda baş verənlər, yaşanan bütün proseslər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində gördüyümüz hər şeyin doğru olduğunu nümayiş etdirdi.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Rusiya ABŞ-la müttəfiqlərinin çəkilməsi ilə Talibanın Əfqanıstanda irəliləməyə başlamasından sonra KTMT-dəki tərəfdaşları – Tacikistan və Özbəkistanla birgə Əfqanıstan sərhədində təlimlər keçirdi. Rusiya Əfqanıstanda baş verən proseslərə görə KTMT-dəki müttəfiqlərlə daim təmasdadır. Ümumilikdə ittifaq daxilində əməkdaşlıq daha da gücləndirilməlidir. Çünki, Əfqanıstandakı yaraqlılar KTMT-yə üzv ölkələrin ərazisinə sıza bilər. Əlbəttə ki, bunların baş verməsinə heç vaxt icazə verməməliyik. Buna görə Rusiya Tacikistan, Qırğızıstan və Qazaxıstan ordularının silahlarının modernləşdirilməsini ehtiva edən proqramı davam etdirəcək”, – nazir bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password