Konfrans Liqası: Püşkü atıldı, “Qarabağ”ın qrupdakı rəqibləri bəlli olub

 

UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi başa  çatıb.

Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbirdə püşkü Almaniya millisinin sabiq futbolçusu Lorik Sana və Türkiyə yığmasının keçmiş oyunçusu Nihat Kahveçi çəkib.

Püşk nəticəsində “Qarabağ” H qrupunda “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) komandalarına rəqib olub.

Bütün qrupların tərkibi:

A qrupu: LASK (Avstriya), “Makkabi” (Təl-Əviv, İsrail), “Alaşert” (Ermənistan), HİK (Finlandiya)

B qrupu: “Gent” (Belçika), “Partizan” (Serbiya), “Flora” (Estoniya), “Anortosis” (Kipr)

C qrupu: “Roma” (İtaliya), “Zarya” (Luqansk, Ukrayna), “MOİK-Sofiya” (Bolqarıstan), “Budyo Qlimt” (Norveç)

D qrupu: AZ (Niderland), ÇFR (Kluj, Rumıniya), “Yablonets” (Çexiya), “Randers” (Danimarka)

E qrupu: “Slaviya” (Praqa, Çexiya), “Feyenoord” (Niderland), “Union Berlin” (Almaniya), “Makkabi” (Hayfa, İsrail)

F qrupu: “Kopenhagen” (Danimarka), PAOK (Yunanıstan), “Slovan” (Bratislava, Slovakiya), “Linkoln” (Cəbəllütariq)

G qrupu: “Tottenhem” (İngiltərə), “Renn” (Fransa), “Vitess” (Niderland), “Mura” (Sloveniya)

H qrupu: “Bazel” (İsveçrə), “Qarabağ” (AZƏRBAYCAN), “Kayrat” (Qazaxıstan), “Omoniya” (Kipr).

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password