Rafiq Əzizin əsəri əsasında Türkiyədə xatirə nişanları buraxıldı

 

Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi “1071 Malazgirt meydan müharibəsi” əsəri əsasında qardaş ölkədə xatirə nişanları hazırlanıb.

Azərbaycanlı rəssam, İstanbulun Yeditəpə universitetinin professoru Rafiq Əziz tərəfindən bu il fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “1071 Malazgirt meydan müharibəsi” əsəri hədiyyə edilib.

Malazgirt zəfərinin 950-ci ildönümü münasibətlə Türkiyə Xəzinə və Maliyyə Nazirliyi Dövlət Zərbxanası həmyerlimizin yağlı boya ilə çəkilən adıgedən tablosu əsasında Türkiyə Prezidenti Administrasiyası gerbli qızıl və gümüş medalyon, eləcə də 20 türk lirəsi gümüş xatirə sikkəsi çap edib.

Bu medalyonlar Malazgirt zəfərinin 950 illiyi münasibətilə keçirilən tədbirdə xarici qonaqlara xatirə nişanəsi olaraq hədiyyə edilib.

Xatırladaq ki, bu, həmyerlimizin əsərləri əsasında Türkiyə zərbxanasında çap edilən onuncu gümüş xatirə puludur. Xatirə pulu bu günlərdə İstanbul zərbxanasının mağazasında satışa çıxacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password