Hərbçilərimiz Qafan-Gorus yolunu bağladı
Qubadlı istiqamətində dünən Azərbaycan Ordusunun əsgərinin erməni hərbçiləri tərəfindən hücuma məruz qalmasından sonra Qafan-Gorus avtomagistralının Azərbaycan ərazisindən keçən hissəsi qapadılıb.
Bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Məlumata görə, yol dünən gecə 23:00-da qapadılıb, yolda qalan nəqliyyat vasitələri isə buradan evakuasiya olunub.
Ermənistanın ombudsmanı Arman Tatoyan isə ərazidə qalan mülki nəqliyyat vasitələrinin çıxarılmasına Azərbaycanın izn verdiyini, amma yolun qapalı saxlanıldığını bildirib. O, hazırda Rusiya sərhədçilərinin Azərbaycanla danışıqlar apardığını söyləyib.
Qeyd edək ki, dünən Azərbaycan Sərhəd Xidməti Qubadlı rayonu ərazisində iki erməni hərbçinin hərbçimizə hücum etdiyini və onu yaraladığı haqqında məlumat yaymışdı./axar.az