“İndi Qərb Bakıdan yekun cavab gözləyir: varsınız, ya yox?”

 

Qriqori Trofimçuk: “O vaxt Vaşinqton öz seçkiləri ilə məşğul idi, amma artıq vəziyyət dəyişib və hadisələrin ABŞ-dan yan keçməsi mümkün deyil”

Bu yaxınlarda ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi bəyanatla çıxış etdi. O, yenə də Dağlıq Qarabağın statusu mövzusuna qayıtdı, halbuki Azərbaycan Prezidenti heç bir statusdan söhbət gedə bilməyəcəyini bəyan edib.

Səfirin iddia etdi ki, Dağlıq Qarabağın statusu məsələsi həll edilmədən Dağlıq Qarabağ münaqişəsi həll edilə bilməz: “Dağlıq Qarabağın statusu hələ həll olunmadığı üçün sonuncu Dağlıq Qarabağ müharibəsinin nəticələri aradan qaldırılmadı və münaqişə həll olunmadı. ATƏT-in Minsk qrupunun həmsədri olaraq çalışacağıq, vəziyyətiin deeskalasiyası üçün istəyirik”.

Səfirin sözügedən açıqlamasını şərh edən tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk xatırladıb ki, noyabrın 10-da üçtərəfli razılaşmadan dərhal sonra Azərbaycan mətbuatına verdiyi bir çox müsahibələrində, əsas həll olunmamış məsələnin Qarabağın statusu deyil, Vaşinqtonun burada baş verənlərlə bağlı mövqeyi olduğunu bildirib: “Xatırlatmaq istərdim ki, Vaşinqton o vaxt yalnız öz prezident seçkiləri ilə məşğul idi və buna bir az vaxtı çatmırdı. Ancaq bu məsələdə ABŞ-dan yan keçməyin mümkün olmayacağı ehtimalı azdır və əvvəlcədən də belə olacağı bəlli idi”.

Qriqori Trofimçuk: Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən etibarlı  tərəfdaşına çevrilib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Onun sözlərinə görə, indi də Ağ Ev hələ son sözünü deməyib, sadəcə olaraq baş verənləri yaxından izlədiyini göstərir: “Amerikalılar eyni zamanda, münaqişə tərəflərinin hamısının münaqişənin daha da dərininə gedəcəyini və hər şeydən əvvəl bunun Rusiya ilə bağlı olmasını istəyirlər”.

“Digər tərəfdən, Azərbaycan Prezidenti Qarabağın statusunun müzakirə olunmayacağını dəfələrlə çox açıq və qəti şəkildə bəyan etdi. Əslində, Bakının ATƏT-in Minsk Qrupu formatında danışıqlarda iştirak etməsinin heç bir mənası yoxdur. İndi də Qərb Bakıdan yekun cavabı gözləyir: bu formatda iştirak edəcəksiz, ya yox? Düşünürəm ki, bu an ABŞ üçün önəmlidir və formallıqdan uzaqdır – Qərbin bundan sonrakı addımlarını müəyyənləşdirmək üçün siyasi mərhələdir”, – deyə politoloq vurğulayıb.

 

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan nisbətən çətin siyasi vəziyyətdədir: “Əgər ATƏT-in Minsk Qrupunun tamamilə boşluq olduğunu söylədinizsə, bir daha bu qrupla eyni masada əyləşmədən bu prinsipə əməl etməyə davam etməlisiniz. Əgər oturacaqsınızsa, onda hansı prinsiplərdən danışa bilərik”.

 

Trofimçuk Ankaranın bu məsələdəki roluna da toxunub: “Türkiyəyə gəlincə, bu, NATO üzvüdür və Amerika ssenarisində xüsusi rolunu oynayacaq. Sadə dillə desək, Qərb hər hansı bir şəkildə bölgədə nəzarəti ələ keçirməyə çalışacaq və prosesin üç tərəfi – Rusiya, Azərbaycan, Ermənistan arasındakı ziddiyyətləri artıracaq. Və sanki zaman-zaman özünü tərəflərdən birinə kömək edən kimi göstərəcək”.

“Məhz bu səbəbdən bölgədəki ABŞ rəsmiləri “münaqişənin həll olunmadığını” söyləyirlər. Bu tezislərin ABŞ-ın Ermənistandakı səfiri tərəfindən səsləndirilməsi və bununla da İrəvanı təşviq etməsi vacibdir. Bu cür detallarda peşəkar bir siyasi hesablama da izlənilə bilər. Qərb yeni müharibə gözləyərək, Rusiyanı və bütün Qarabağı daimi gərginlikdə saxlamaq imkanından heç vaxt əl çəkməyəcək. Üstəlik, Orta Asiyada artan gərginlik bu cür planlara ciddi şəkildə kömək edir”,  – rusiyalı analitik fikrini yekunlaşdırıb./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password