Ərdoğan Azərbaycanla imzalanmış Anlaşma Memorandumunu təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiq edib.
Bu barədə “Resmi Gazete”də məlumat dərc olunub.
Bildirilib ki, Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında 2 aprel 2021-ci ildə Bakıda imzalanan Rəqəmsal Ticarət Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu bu gün Türkiyə Prezidentinin qərarı ilə rəsmi şəkildə təsdiqlənib.