Qarabağdan bütün dünyaya uçacağıq – Deputat

 

Eniş-uçuş zolağı artıq hazır olan Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu həyata keçirilib. Hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə həyata keçirilən uçuşlar avqustun 20-da başlayıb və bu həftənin çərşənbə günü tamamlanacaq.

Bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Füzuli aeroportu regionda ən qısa zamanda inşa edilən Beynəlxalq Hava Limanlarından biridir: “Bu ilin əvvəlində inşaatına başlayan hava limanında artıq gələn ay ilk uçuşları həyata keçirmək mümkün olacaq. Hava limanına bu ilin may ayında səfər edəndə işlərin intensivliyini müşahidə etmişdik. Bu ilin may ayında sadəcə torpaq sahələrindən ibarət olan ərazi artıq eniş-uçuş zolağına çevrilib. Cəmi 4 aya yaxın müddətdə hava limanın ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub. Qeyd edim ki, hava limanı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək”.

V.Bayramov əlavə edib ki, Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq: “Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir.

1993-cü ilin bu günü Füzuli şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olunaraq 27 il işğal altında saxlanıldı. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən 2020-ci il oktyabrın 17-də işğaldan azad olunan Füzuli rayonu artıq bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Və tezliklə Qarabağ səmasında havaya qalxan təyyarələr beynəlxalq uçuşlar həyata keçirəcəklər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password