Prezidentin köməkçisi sentyabrın 1-dən tətbiq olunacaq qadağanı açıqladı

 

Şahmar Mövsümov: “Sentyabrın 1-dən ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq”

“Bu gün hər hansı sərtləşdirməyə getməyə ehtiyac yoxdur”. Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Prezidentin köməkçisi bildirib ki, bu vəziyyət həkimləri də yorub: “Artıq həkimlər 2 ilə yaxındır məzuniyyətə çıxmayıb. Amma bu gün bu xəstəliyin öhdəsindən gəlirik. Lakin biz hiss etsək ki, xəstəxanalar xəstə ilə dolur, təbii ki, növbəti addımların atılması müzakirə oluna bilər. Pandemiyadan çıxış yolu peyvəndlənmədir. Peyvəndin də təhlükəsiz olması haqqında kifayət qədər məlumat verilib. Bu gün 6 milyon dozaya qədər vaksin vurulub və hər hansı əks təsir müşahidə edilməyib. Peyvəndləməyə başlayanda elmi işlərə, məqalələrə əsaslanaraq başlamışdıq. Artıq bizim əlimizdə olan rəqəmlər nəzəriyyə deyil. Vaksinin təhlükəsiz olması da heç kəsdə şübhə doğurmamalıdır. Bu gün COVID-19-dan ölənlərin 99%-i vaksin olunmayanlardır”.

“Sentyabrın 1-dən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq. Eyni zamanda bu, ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password