Hər kəsin problemi: keyfiyyətli internetlə niyə təmin olunmuruq?

 

Azərbaycanda internetin əlçatımlığı və keyfiyyəti ilə bağlı problem uzun müddətdir ki, öz həllini tapa bilməyib. Hökumət tərəfindən bu problemin kökündən həlli istiqamətində müəyyən cəhdlər olsa da, indiyədək bunlar reallaşmayıb”.

Bu barədə İnternet Forumunun prezidenti Osman Gündüz öz “Facebook” profilində paylaşım edib.

Osman Gündüz: “Mən ancaq tədbirlərdə eşidirəm ki, belə bir sənəd hazırlanır”

O bildirib ki, regionlarda və kəndlərdə, o cümlədən Bakı ətrafında və əhalinin daha az məskunlaşdığı ərazilərdə bu problem daha ciddidir:

“Ötən il Bakı ətrafında keyfiyyətli internetə əlçatımlıqla bağlı böyük həcmdə dövlət vəsaitləri ayrılsa da hələlik real nəticələr ortada yoxdur. Qonşu ölkələrdə bu istiqamətdə müəyyən üstünlük olsa da, müşahidələr göstərir ki, elə onların da bəzilərində oxşar problemlər qalmaqdadır. Maraqlıdır ki, ölkələrin bir çoxunda son zamanlar bu problemin həllinə, xüsusən də ucqar yerlərdə və əhali az yaşayan yerlərdə həllinə yanaşmalar xeyli dəyişib. Azərbaycanda bu problemin həlli üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni yanaşma irəli sürüb. Nazirlik bu problemi dövlət və özəl tərəfadaşlığı çərçivəsində, yəni dövlət provayderi olan “Aztelekom” və ya “Baktelecom”la digər özəl provayderlərin əməkdaşlığı ilə həll etmək niyyətindədir. Bununla bağlı artıq Nazirlik açıqlamalar da verib. Amma hələlik bu əməkdaşlığın prinsipləri, dövlət və özəl provayderlərin hüquq və vəzifələri haqqında heç bir açıqlama verilməyib”.

Ekspert qeyd edib ki, kəndlərdə yeni qurulacaq magistral şəbəkə, həmçinin son nöktəyədək olan xətlərin necə qurulacağı, hansı texnologiyadan istifadə ediləcəyi, kimin bu infrastrukturu quracağı və qurulmuş infrastruktur üzərində mülkiyyətin kimə məxsus olacağı haqqında açıqlamalar verilməyib:

“Ümid edirəm ki, NTRYN-nin şərtləri özəl provayderlər üçün cəlbedici olacaq. Gözlənilən o idi ki, NRYTN kəndlərdə və qəsəbələrdə, daha az əhali yaşayan yerlərdə magistral infrastrukturu özü quracaq, müxtəlif texnologiyalar tətbiq ediləcək, lakin son nöqtəyə internetin çəkilməsini özəllərə həvalə edəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password