Azərbaycanda əkin sahələrinin 98 %-i biçilib

 

Bu il avqust ayının 17-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 982,6 min hektar sahənin 960,4 min hektarı və yaxud 97,7 %-i biçilərək məhsulu yığılıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, sahələrdən 3 milyon 057,1 min ton məhsul toplanıb, məhsuldarlıq 31,8 sentnerə bərabər olub. Məhsulun 1 milyon 885,4 min tonunu və yaxud 61,7 %-ni buğda, 1 milyon 146,6 min tonunu (37,5 %-ni) arpa, 25,1 min tonunu (0,8 %-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

Respublikanın 28 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 27 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 %-dən çoxu biçilmiş, digərlərində isə biçinin aparılma səviyyəsi 90 %dən aşağı olub.

Ən yüksək məhsuldarlıq Bərdə (hektardan 44 sentner), Sabirabad (müvafiq olaraq 41,9 sentner), Tərtər (40,9 sentner), Saatlı (40,8 sentner), Ağdam (40,2 sentner), Salyan (39,9 sentner), İmişli (39,3 sentner), Ağcabədi (39,3 sentner), Samux (37,4 sentner) və Tovuz (37,2 sentner) rayonlarında olub.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Şəki (194,8 min ton), Cəlilabad (184,6 min ton), Kürdəmir (136,3 min ton), Neftçala (124,5 min ton), Füzuli (118,6 min ton), Ağsu (115,9 min ton), İsmayıllı (107,5 min ton) və Sabirabad (106,1 min ton) rayonlarında müşahidə olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password