Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində “açıq bazar”-dır – VİDEO – FAKT

 

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsindən şikayətlər bitib tükənmir. Saytımızın poçtuna Ucar rayonu Lək kənd sakini Məmmədov Yasin Əlisa oğlu tərəfindən göndərilmiş daha bir şikayəti olduğu kimi oxuculara təqdim edirik:

“Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində açıq-aşkar bazar açılıb. Həttda rəis Cavanşir Vəliyev və onun müavini Yusif İsmayılov vətəndaşlara qiyməti özlərinin təyin etdiyi dəllalar vasitəsi ilə elan edib pulları onların vasitəsi ilə alırlar.

Mən 13 avqust 2021-ci il tarixdə 90 ZM 964 nömrəli “Mercedens Benz” markalı avtomobilimi oğlum Rahimin adına qeydiyyata aldırmaq üçün Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində olan zaman rəis müavini Yusif İsmayılov mənə bildirdi ki, dəhlizdə Natiq adlı şəxsə yaxınlaş o sənə kömək edəcək.

Mən Natiq adlı şəxsə yaxınlaşdıqda o mənim sənədlərimi alıb qeydiyyat otağına getdi.Gəlib mənə bildirdi ki, 300 manat pul ödəməlisən.Mən bunun çox baha olmasını dedikdə, sənə hörmət üçün 20 manat keçərlər 280 manatdan bir qəpik aşağı olmayacaq.

Mən qeydiyyata görə dövlət rusumunun 18 və texniki baxışın isə 30 manat olmasını Natiq adlı şəxsə bildirdikdə o mənə dedi ki, dövlət rüsumu ilə danışırdınsa daha bura niyə gəlirdin.Dedim bunun dövlət rüsumu 300 manat olmadığı halda nə üçün məndən bu qədər pul istəyirsiniz. Natiq adlı şəxs isə mənə bildirdi ki, onlar istəyir mən kiməmki deyib rəis müavini Yusif İsmayılovun iş otağını göstərdi.

Bütün bünları mən video lentə almışam. Həttda avtomobilini həmin günü qeydiyyata alan vətəndaşıda idarənin qarşısında video çəkliş etmişəm. Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində baş alıb gedən korrupsiya cinayətinə görə vətəndaşların necə əziyyət çəkmələrini gözü ilə görən dəhşətə gəlir.

Həmin video çəklişi ona görə etdim ki, onların necə cinayət əməlləri ilə məşğul olmalarını subut edim. Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində hər gün minlərlə insanı beləcə soyurlar.

Bu adamlar açıq-aşkar cinayət əməli ilə məşğul olsalarda barələridnə heç bir tədbir görülmür. Mən Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyev və onun müavini Yusif İsmayılovun cinayət əməli barədə mətbuat vasitəsi ilə Prezidentə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinə və digər aidiyyətı orqanlara müraciət edirəm.

Əlimdə olan video görüntüləri də mətbuata təqdim edirəm.

Bu şəxslərin fəaliyyətinin araşdırılıb tədbir görülməsinə zərurət var.

Sizdən xahiş edirəm Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyevin və onun müavini Yusif İsmayılovun korrupsiya əməlləri araşdırılsın barələrində ciddi tədbirlər görülsün.”

Qarşı tərfin mövqeyini işıqlandrmağa hazırıq./milletinsesi.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password