20 illik Əfqanıstan müharibəsinin acı rəqəmləri açıqlandı

 

Avqustun 31-də ABŞ hərbçilərinin Kabil hava limanını tərk etməsilə başa çatacaq 20 illik Əfqanıstan müharibəsinin insan itkiləri açıqlanıb.

Savaşda bu günədək bütün tərəflərdən 172 mindən çox şəxs həyatını itirib.

Bunlardan 2448 nəfəri ABŞ hərbçiləri, 3846 nəfəri ABŞ üçün çalışan əfqan səlahiyyətliləridir.

Həmçinin, hərbi əməliyyatların gedişində 47 245 yerli mülki şəxs, 66 minə yaxın Əfqanıstan ordusu qüvvələri, 51 191 nəfər “Taliban” və digər qruplaşmaların üzvləri, 1 144 NATO əsgəri və 72 jurnalist həlak olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password