Türkiyədən kritik açıqlama: “Talibanla dialoq aparırıq”

 

“Talibandan verilən mesajlar müsbətdir, məmnuniyyətlə qarşılayırıq”.

Bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Taliban da daxil olmaqla Əfqanıstandakı bütün tərəflərlə dialoq aparırıq. Eyni şəkildə bundan əvvəl onlarla müzakirələr aparan Abdulla Abdulla və Həmid Karzayi kimi önəmli şəxslər hələ də Kabuldadır və Talibanla danışıqlara hazırlaşırlar. Təxliyyələr davam edəcək. Deyə bilərəm ki, bu günədək Taliban tərəfindən verilən mesajları məmnuniyyətlə qarşılayırıq. Bunlar istər əcənəbilər, istər diplomatik nümayəndəliklər, istərsə də əfqan xalqı ilə bağlı mesajlardır. Ümid edirəm ki, bunu əməldə də görəcəyik. Türkiyə olaraq, qardaş Əfqanıstanın iqtisadi inkişafına, sabitliyinə, sülhünə və əmin-amanlığına dəstək verməyə davam edəcəyik”, – nazir bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password