Şərqi Zəngəzurun inkişafı Ermənistan üçün gözdağı olacaq – İqtisadçı
Şərqi Zəngəzur iqtisadi rayonu xüsusən aqrar, turizm və mədən sənayesi sahəsində yüksək potensiala malikdir. Bu regionun inkişafı Ermənistan üçün gözdağı olacaq.
Milli.Az bildirir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, bu potensialın ən qısa zamanda Azərbaycan iqtisadiyyatına qazandırılmasının yollarından biri məhz ilkin infrastrukturun formalaşdırılması, yolların, tunellərin çəkilməsi, enerji ilə bağlı lazımi işlərin görülməsidir ki, bu istiqamətdə də fəaliyyətlər həyata keçirilir:
“Hazırda Azərbaycan tərəfi strateji plana uyğun olaraq işğaldan azad olunan ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası üçün yenidənqurma işlərini davam etdirir. Xüsusən, Şərqi Zəngəzura daxil olan rayonların böyük hissəsi sərhəd bölgəsinə düşdüyündən, burada təhlükəsizliyin təmin edilməsi və ardınca sosial infrastrukturun yaradılması paralel aparılır. Artıq bu istiqamətdə işlərin həyata keçirilməsi onu deməyə əsas verir ki, ən qısa zamanda biz mərhələli şəkildə Şərqi Zəngəzur iqtisadi rayonunun respublika iqtisadiyyatında payını görməyə başlayacağıq”.
Ekspert onu da bildirib ki, bölgənin xüsusən 4 rayonunun – Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanın Ermənistanla sərhəddə yerləşdiyini nəzərə alsaq, bu rayonların inkişaf etdirilməsi bu günə qədər Azərbaycana düşmən mövqeyini nümayiş etdirən Ermənistan üçün bir növ gözdağı olacaq: