Şərqi Zəngəzurun inkişafı Ermənistan üçün gözdağı olacaq – İqtisadçı

 

Şərqi Zəngəzur iqtisadi rayonu xüsusən aqrar, turizm və mədən sənayesi sahəsində yüksək potensiala malikdir. Bu regionun inkişafı Ermənistan üçün gözdağı olacaq.

Milli.Az bildirir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, bu potensialın ən qısa zamanda Azərbaycan iqtisadiyyatına qazandırılmasının yollarından biri məhz ilkin infrastrukturun formalaşdırılması, yolların, tunellərin çəkilməsi, enerji ilə bağlı lazımi işlərin görülməsidir ki, bu istiqamətdə də fəaliyyətlər həyata keçirilir:

“Hazırda Azərbaycan tərəfi strateji plana uyğun olaraq işğaldan azad olunan ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası üçün yenidənqurma işlərini davam etdirir. Xüsusən, Şərqi Zəngəzura daxil olan rayonların böyük hissəsi sərhəd bölgəsinə düşdüyündən, burada təhlükəsizliyin təmin edilməsi və ardınca sosial infrastrukturun yaradılması paralel aparılır. Artıq bu istiqamətdə işlərin həyata keçirilməsi onu deməyə əsas verir ki, ən qısa zamanda biz mərhələli şəkildə Şərqi Zəngəzur iqtisadi rayonunun respublika iqtisadiyyatında payını görməyə başlayacağıq”.

Ekspert onu da bildirib ki, bölgənin xüsusən 4 rayonunun – Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanın Ermənistanla sərhəddə yerləşdiyini nəzərə alsaq, bu rayonların inkişaf etdirilməsi bu günə qədər Azərbaycana düşmən mövqeyini nümayiş etdirən Ermənistan üçün bir növ gözdağı olacaq:

“Həm də dünyaya göstərəcəyik ki, 30 ildən artıq iqtisadiyyatdan kənarda qalan ərazilərin bölgənin rifahına nə qədər mənfi təsirləri olub. Bundan sonrakı dövrdə bu təsirlərin aradan qaldırılması regionun inkişafına imkan yaradacaq. Gələcəkdə regional kommunikasiyanın açılması isə bu gün yaradılan infrastrukturun daha da səmərəli istifadəsi üçün şərait yaradacaq. İnfrastrukturun formalaşması həmçinin gələcəkdə mərhələli köçürmə prosesini sürətləndirməyə imkan verəcək. Ümid edirəm ki, ortada olan kiçik problemlər də ən qısa zamanda həll olunacaq və bölgənin ölkə iqtisadiyyatında proqnozlaşdırılan payına nail olmaq istiqamətində daha çevik nəticə əldə etmə imkanı yaranacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password