Yeni Əfqanıstan hökumətinə yalnız “taliblər” daxil olmayacaq
“Əfqanıstanın yeni hökumətinə “Taliban” üzvü olmayan əfqanlar da daxil olacaq”.
Bunu “Taliban” sözçüsü Sohail Şahin CNN-ə bildirib .
“Əfqanıstanı əhatə edən bir islam hökuməti haqqında danışırıqsa, digər əfqanıstanlıların da iştirak edəcəyi anlamına gəlir”, – C.Şahin vurğulayıb.
Şahin qeyd edib ki, adların çəkilməsi tez olsa da, “Taliban”ını bəzi tanınmış simaları hökumətə cəlb etməyə çalışacağını demək mümkündür.
Hərəkat sözçüsünün dediyinə görə, silahını təhvil verən və “Taliban”a qoşulan hərbçilərə və polislərə amnistiya veriləcək, onların həyatı və əmlakı təhlükəsiz olacaq:
“Adların müvafiq reyestrə daxil ediləcək və ehtiyat qüvvəsi olaraq istifadə ediləcəklər. Lazım gəldikdə işə götürüləcəklər”
Xatırladaq ki, bazar günü axşam saatlarından başlayaraq “Taliban” Əfqanıstanı tam şəkildə nəzarətə götürüb.