Müdafiə nazirinin Türkiyə səfəri: Bakı antiterror əməliyyatına hazırlaşır?
Müdafiə naziri Zakir Həsənov “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak üçün Türkiyəyə getdi. Məqsəd sərgidə iştirak olsa da, son hadisələr fonunda nazir türkiyəli həmkarı Hulusi Akarla iki vacib məsələni müzakirə edə bilər.
Əfqanıstan: Azərbaycan sülhməramlıları Türkiyə ilə birlikdə Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsində iştirak edir; Talibanın gəlişindən sonrakı vəziyyət və birgə atılacaq addımlar müzakirə oluna bilər; sülhməramlı hərbçilərimizin sayının artırılması da mümkündür;
Qarabağ: Həsənovla Akarın əsas müzakirə mövzusu bu olacaq;
– Ankara rus sülhməramlılarının Azərbaycanın suverenliyinə təhdid yaradan fəaliyyətini Moskva qarşısında qaldıra bilər;
– Sülhməramlı kontingentində türk hərbçilərin təmsil olunması, yaxud Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi gündəmə gətirilə bilər;
– Əliyevin mesajını verdiyi antiterror (erməni terrorçuların postlarına qarşı kiçikçaplı əməliyyatlar və s.) əməliyyatının detalları və atılacaq addımlar müzakirə oluna bilər;
Asif Nərimanlı