Azərbaycanda payızlıq taxıl əkini üçün sığorta məbləği açıqlandı

 

Azərbaycanda payızlıq taxıl əkini üçün sığorta məbləği açıqlanıb.

Aqrar Sığorta Fondundan  verilən məlumatda bildirilir ki, fermerlər əkin sahələrini və yığılacaq məhsulu müxtəlif risklərdən, o cümlədən yanğın, dolu, zərərvericilər, xəstəliklər və 3-cü şəxslərin vurduğu zərərdən qorumaq barədə indidən düşünməlidirlər.

Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi vasitəsilə taxıl sahələrini sadalanan risklərdən qorumaq mümkündür. Aqrar sığorta qaydalarına əsasən, fermerlər və sahibkarlar tərəfindən ödənilən sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

1 hektar taxıl sahəsini yanğından, doludan və digər hadisələrdən qorumaq neçəyə başa gəlir?

Təqribən 1200 manatlıq taxıl yığılan sahə üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) belədir:

Qarabağ regionu – 10 manat

Şərqi Zəngəzur regionu 10 manat

Şəki-Zaqatalada – 16-17 manat

Lənkəran–Astara region – 7 manat

Qazax–Tovuz ərazisi – 24-25 manat

Mərkəzi Aran rayonları – 8 manat

Quba-Xaçmaz bölgəsi – 7 manat

Mil–Muğan regionunda – 8 manat

Abşeron-Xızı bölgəsində – 7 manat.

Gəncə–Daşkəsən regionunda – 24-25 manat

Şirvan–Salyan zonasında – 8 manat

Dağlıq Şirvan bölgəsində – 11-12 manat

Bakıda – 7 manat.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password