Camal Zeynaloğlunun “Tanrı cəzası” kitabı yeni variantda işıq üzü görüb
Tanınmış yazıçı-publisist Camal Zeynaloğlunun “Print-S” nəşriyyatı tərəfindən növbəti kitabı nəşr olunub. “Tanrı cəzası” kitabı əlavələrlə birlikdə tamamilə yeni redaktə və yeni variantda işlənib. Bu yazıçının sayca 25-ci kitabıdır.
Kitabda bu günümüzün reallıqlarını əks etdirən sosial həyat tərzindən, vətəndaş mövqeyindən, haqsızlığa və ədalətsizliyə qarşı mübarizədən, milli dəyərlərdən, Vətənə, torpağa sevgidən, əxlaq və mənəviyyatdan, qanun və insanlığa qarşı laqeydlikdən, xəyanətdən, acı insan talelərindən, dostluqda və yoldaşlıqda etibarlılıqdan, müxtəlif xarakterə malik insan tiplərindən, hamımızı narahat edən ailə-məişət problemlərindən, insanların inamından və imanından və s. söhbət açılır.
İnanırıq ki, müəllifin bu kitabı da oxucular tərəfindən rəğbətlə qarşılanacaq.