“Qarabağ” və Qurbanova qarşı təxribat… – UEFA-dan cavab

 

Xəbər verdiyimiz kimi, avqustun 5-də baş tutan UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın AEL-lə səfər oyununda xoşagəlməz hadisə yaşanmışdı. Yerli azarkeşlər oyun boyu “Qarabağ”ın ehtiyat oyunçuları və məşqçilər korpusuna qarşı qeyri-etik şüarlar səsləndirmişdilər. 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolunu vurmasından sonra isə kiprli fanatlardan biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər etmişdi.

Bəs, insidentlə bağlı UEFA hansı tədbir görəcək?

UEFA-nın Media və ictimaiyyətlə əlaqələr bölməsindən sorğumuza cavab olaraq bildirilib ki, UEFA İntizam Reqlamentinin 55-ci maddəsinə əsasən aşağıdakı intizam prosesinə başlanılıb.

AEL Limassol FK-yə qarşı irəli sürülən ittihamlar aşağıdakılardır:

1) Meydançaya yad cismlərin atılması – Maddə 16 (2) (b);

2) Azarkeşlərin özbaşınalığı – Maddə 16 (2) (h).

Cavabda bildirilib ki, UEFA Nəzarət, Etika və İntizam Komitəsi bu barədə yaxın vaxtlarda öz yekun qərarını açıqlayacaq./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password