İrəvan Bakıya qarşı “yeni müharibə”yə başlayıb – Türk general

 

Ölkələrin həyatında fərqli dönəmlərdə dövlət, millət və cəmiyyətə təsir göstərən ağır travmalar yaşanır. Ermənistan dövləti İkinci Qarabağ müharibəsi nəticəsində ordusunun 60-65%-ni itirib, milli və mənəvi dəyərləri isə çöküb. Ermənistanın hazırda yaşadığı bu travma 1-ci Dünya müharibəsindən məğlub çıxan dövlətlərin, 2-ci Dünya müharibəsindən sonra Yaponiyanın yaşadığı travma kimidir.

Bunları açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib. Generala görə, Ermənistan ağır məğlubiyyət nəticəsində sosial-psixoloji baxımından böyük sarsıntılar keçirir:

“Ermənistan həm də iqtisadi, siyasi cəhətdən və psixo-sosial dəyərlər baxımından çox böyük məğlubiyyətə düçar olub. Ermənistan dövləti bu travmanı zamana yaymaq və bu nəticələri yüngülləşdirmək istəyir. Eyni zamanda Ermənistan 10 noyabr bəyannaməsindən sonra müxtəlif vaxtlarda, son günlərdə isə daha aktiv şəkildə əsgərlərimizə atəş açmaq yolu ilə Azərbaycanı təxribata çəkmək və təcavüzkar kimi göstərmək istəyir. Bu, xoş niyyətlə üst-üstə düşmür və yaşanmış hadisələrdən dərs götürmüş siyasi iradə belə davranmamalıdır”.

Karauz Ermənistanın hazırda Azərbaycanla psixoloji müharibə aparmağa çalışdığını bildirib:

“Ermənistan həm İran, həm Rusiya, həm də AB ilə fəaliyyətlərini artıraraq Azərbaycanı təkləmək istəyir. Biz bunu Paşinyanın sonuncu İran səfərində və Ermənistan-Azərbaycan sərhədlərinə rus əsgərlərinin yerləşdirilməsi təklifində gördük. Bunlar heç bir halda sülhə töhfə vermir. Cənab İlham Əliyev də Ermənistandan sülhə töhfə verəcək konkret addımların atılmasını istəyir.

Bu, eyni zamanda psixoloji müharibədir. Azərbaycan beynəlxalq hüquqa görə öz ərazisinə qarşı hər hansı bir təcavüzə adekvat şəkildə cavab vermək haqqını özündə saxlayır. Əlbəttə ki, hüquq çərçivəsində Ermənistanın bu terrorçu hərəkətlərinə artan şəkildə cavab verilməsi vacibdir. Dediyimiz kimi, 10 noyabr bəyanatı ilə çətin və incə bir yola çıxdıq. Sinirlərimizə hakim olaraq səbirli şəkildə fəaliyyətlərimizi həyata keçirməliyik. Həm siyasət meydanında, həm də ehtiyac yarandığında döyüş meydanında heç kimin tələsinə düşməməliyik. Cənab İlham Əliyev də uğurlu bir şəkildə BMT Təhlükəsizlik Şurası daimi üzvləri başda olmaqla, dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələri inkişaf etdirməkdə, Azərbaycan Silahlı Qüvvələri də buna uyğun şəkildə hərəkət etməkdədir”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password