Ermənilər kütləvi şəkildə Zəngəzur və Tavuşu tərk edir

 

Ermənistan əhalisinin bütün bölgələr üzrə kəskin azalması prossesi davam edir. Pandemiya dövründə sərhədlərin bağlanması səbəbindən demək olar ki, dünyanın bütün ölkələrində əhalinin sayı ilə bağlı müsbət məlumatlar müşahidə olunur. Amma Ermənistana sərhədlərin bağlanması da kömək etmədi. Ölkə əhalisi fəlakətli surətlə azalır.

Bu sözləri Ermənistanın tanınmış iqtisadçısı Ara Qaloyan deyib.

Onun sözlərinə görə, Ermənistanda həm şəhər, həm də kənd əhalisi azalır:

“Rəsmi məlumatlara görə, ötən il, məsələn, Gümrüdə 112,5 min əhali yaşayırdı. Bu il rəsmi rəqəm 111 mindir. Eyni tendensiya Ermənistanın bütün vilayət mərkəzlərində müşahidə olunur. İstisnasız olaraq, keçən illə müqayisədə bütün rayon mərkəzlərinin əhalisi azalıb”.

Qaloyan ötən illə müqayisədə sakinlərin sayının daha çox azalmasının Qafanda, Gorusda, Meğri və Qarakilsədə müşahidə olunduğunu vurğulayıb.

“Bir sözlə, bu gedişlə Zəngəzur və Tavuş vilayətlərində bir neçə ildən sonra bir erməni belə qalmayacaq. Bu regionların əhalisi kütləvi şəkildə paytaxt İrəvan istiqamətinə köç etməyə davam edir”, – deyə erməni iqtisadçı bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password