ABŞ bacarmadı, Ankara təşəbbüsü ələ aldı

ABŞ-ın dünyada hegemonluğu sona çatır.

Bu barədə “Nəşnl İnterest”in köşə yazar Mark Katz öz məqaləsində yazıb.

O qeyd edib ki, SSRİ-nin dağılmasından sonra ABŞ hegemonluğu ələ alsa da, XXI əsrin əvvələrində meydana gələn təhdidlər bununla bağlı şübhələrə yol açıb:

“Bunun başlıca göstəricisi ABŞ-ın İraq və Əfqanıstandakı əməliyyatlarda uzun müddətli üstünlüyü təmin edə bilməməsidir. ABŞ 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukraynada Rusiyaya adekvat cavab verməyi bacarmadı. Yaxın Şərqdə, xüsusilə Suriya, Yəmən, habelə Liviyadakı böhranların həllində isə təşəbbüsü Ankara Tehran və Moskva ilə birgə ələ aldı”.

M.Katz həmçinin əlavə edib ki, Vaşinqton Çinin Şərqi Çin və Cənubi Çin dənizlərində güclənməsinin qarşısını ala bilmədi. Bundan əlavə, ABŞ-ın düşmənləri (İran və Çin – red.) ilə yaxınlaşmaq cəhdi uğursuzluqla nəticələndi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password