Rusiyanın atom sualtı qayığında nə baş verib? – Ölən və yaralılar var

 

Avropa mediası Rusiyanın Hərbi Dəniz Qüvvələrinin “Oryol” atom sualtı qayığı ilə bağlı iyulun 30-da baş vermiş hadisə haqda yazır.

Danimarka sahillərindən keçərkən sualtı qayığın mühərrikinin dayandığı və onun yedəyə alındığı haqda daha əvvəl Rusiya KİV-lərində xırda informasiya getsə də insidentin əslində daha ciddi və dramatik olduğu üzə çıxıb.

949A “Antey” idarəolunan raketləri ilə silahlanmış atom sualtı qayığı  Sankt-Peterburqda prezident Vladimir Putinin qəbul etdiyi hərbi dəniz paradında iştirak etdikdən sonra daha bir neçə gəminin müşaiyəti ilə Murmanska, öz bazasına geri dönürdü. Lakin sualtı qayıq Baltik dənizindən, Danimarkanın ikinci ən böyük şəhəri olan Orhus yaxınlığından keçərkən mühərrikində naməlum problem yaranıb.

“Barents Observer” qəzetinin yazdığına görə, problem yarananda “Oryol” attom sualtı qayığı “Udaloy” raket esminetsi və “Vitse-admiral Kulakov” döyüş gəmisi ilə birlikdə üzürdü. Bu vaxt Danimarkanın “Diana” patrul gəmisi də Rusiya gəmilərini müşaiyət edirdi. İnsident baş verəndə “Diana” gəmisinin heyəti Rusiya atom sualtı qayığının heyətinin sarı rəngli xilasedici gödəkçələrdə gəminin üstünə, burun hissəsinə çıxdığını görüblər. Danimarka gəmisinin heyəti sualtı qayıqla radioəlaqə yaratmağa çalışsa da baş tutmayıb. Əvəzində onlara sualtı qayığı müşaiyət edən başqa gəmidən cavab veriblər və kömək təklifini “nəzakətlə” rədd ediblər.

Baltik dənizindən çıxış Danimarka və ya İsveç ərazi sularından keçmədən mümkün deyil. Buna görə də Rusiya donanmasının gəmiləri Baltik dənizindən Şimal dənizinə keçərkən onları həmin ölkələrin Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşaiyət edir.

Danimarka Hərbi Dəniz Qüvvələrinin üçüncü eskadrasının yaydığı məlumatda deyilir ki, bu insident öz dramatizmi ilə tarixə keçəcək. Çünki Rusiyanın atom sualtı qayığının mühərriki sönüb və qayıq Seyere adası yaxınlığında idarəetmədən çıxaraq saatda 1.5 dəniz uzlu sürətlə sahilə tərəf dreyf edib. “Bu tip gəmilərdə mühərriklə bağlı problem meydana çıxanda həmişə narahatlıq üçün ciddi əsas yaranır”,-Norveç ordusunun Baş qərargahının nümayəndəsi, mayor Elisabet Eykelann bildirib.

Bildirilir ki, atom sualtı qayığına tərəf nəhəng yedək gəmisi yaxınlaşıb və ona tros bağlayıblar. Lakin daha sonra necə olubsa heyət mühərriki yenidən işə sala bilib və sualtı qayıq yenidən dənizin altına enərək yoluna davam edib, amma yedək gəmisi də onu müşaiyət etməyə başlayıb.

Şimal dənizində isə Rusiya gəmiləri qrupu Norveç Hərbi Dəniz Qüvvələrinin müşahidəsi altında üzüb. Bildirilir ki, Şimal dənizində də sualtı qayıq əvvəlcə suyun üstü ilə üzüb, daha sonra dənizin altına enib.

Polşanın “Defence24” nəşri də  bu insidentə geniş yer ayırıb və Rusiyanın atom sualtı qayıqları ilə bağlı bundan əvvəl baş vermiş qəzaları yada salıb. Oxucular isə şərhlərində istehza ilə yazıblar ki, Rusiyanın atom sualtı qayıqlarını aşkar etmək üçün yedək gəmilərini izləmək kifayət edir./virtualaz.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password