Makron Əliyevə niyə zəng edib? – Telefon danışığının detalları

 

“Fransa prezidentinin qəribə üslubu var. O iki il əvvəl İrəvana səfər etdi, Bakıya gəlmədi. Halbuki, ondan əvvəlki Fransa prezidentlərinin ermənilərə sevgisi olsa da, onlar balansı qorumaq naminə İrəvanla yanaşı Bakıya da gələrdilər. Çünki Fransanın Minsk Qrupundakı həmsədrliyi bunu rəsmi Parisdən tələb edir ki, sözdə olsa belə tərəflərdən eyni məsafədə dayansın”.

Bu fikirləri açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Emmanuel Makron bu ənənəni pozdu: “O müharibə və ondan sonrakı dövrdə verdiyi açıqlamalarda birmənalı şəkildə Ermənistanı və erməniləri müdafiə edib. Böyük dövlətlərin liderləri arasında Ermənistana və erməni separatizminə ən çox dəstək verən dövlət başçısı məhz Makrondur. Buna baxmayaraq Emmanuel Makron bu müddət ərzində bir neçə dəfə İlham Əliyevə telefonla zəng edib. Makron Nikol Paşinyanı baş nazir seçilməsi və erməniləri hər zaman müdafiə edəcəyini növbəti dəfə vurğuladıqdan sonra avqustun 5-də Bakıya zəng edərək İlham Əliyevlə fikir mübadiləsi apardı.

Azərbaycan Prezident Administrasiyasının prezidentlərin telefon söhbəti ilə bağlı yaydığı məlumatda nələr var idi?

Birincisi dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonrakı dövrdə regional məsələlər və bəyanatın müddəalarının həyata keçirilməsini müzakirə ediblər. İkincisi dövlət başçıları Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Üçüncüsü dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.

Qarabağın hərbi yolla azad edilməsi üçün hazırlıq gedir" - Politoloq Elxan Şahinoğlu Prezidentin çıxışını şərh edir

Elxan Şahinoğlu daha sonra fikirlərini belə davam etdirib: “Bunun ardınca Rusiyanın “TASS” agentliyi Yelisey sarayına istinadən belə bir məlumat yayıb: “Azərbaycan və Fransa prezidentləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) dəstəyinə güvənərək bölgədə sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq barədə razılığa gəldilər”. Makron açıqa-şkar Minsk Qrupu formatını canlandırmağa çalışır. Ona bu məsələdə Vaşiqnton da dəstək verir. Kreml bunun əleyhinə deyil, ancaq həmsədrlərin yenidən fəallaşması məsələsində Vaşinqton və Paris qədər israrçı deyil. Çünki Kremlə Cənubi Qafqazda əsas rəqibləri – ABŞ və Fransa simasında tərəfdaş lazım deyil. Rusiya öz hərbçilərini Qarabağa göndərəndə də, Vaşinqton və Parislə məsləhətləşməmişdi. Həmsədrlik institunun süni surətdə canlandırılması Azərbaycanın da maraqlarına cavab vermir. Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. Buna görə də Azərbaycan Fransa ilə münasibətlərin normallaşmasını və Makrondan əvvəlki axarına qayıtmasını istəyir. Ancaq bu Emmanuel Makronun prezidentliyi dövründə alınmayacaq. Makron Azərbaycanın Qarabağ üzərindəki nəzarətini və rəsmi Bakının Türkiyə ilə siyasi və hərbi ittifaq reallığını qəbul etmək istəmir. Ona görə də Makronun Bakıya zənglərinin Fransa-Azərbaycan münasibətlərini inidki böhran vəzihyyətindən çıxaracağını gözləmək əbəsdir. Bir müddət sonra Makron yenə ermənilərə simpatiyasını israr edən açıqlama verəcək”./konkret.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password