Çavuşoğludan müjdə: “Sabah yanğını tamamilə nəzarət altına almağı hədəfləyirik”

 

“Sabah yanğını tamamilə nəzarət altına almağı hədəfləyirik”.

“TRT Haber”in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada davam edən yanğınlarla bağlı açıqlama verərkən deyib.

“Dünəndən fərqli olaraq, bu gün Antalyadakı yanğınların söndürülməsi istiqmətində müsbət nəticə əldə etmişik. Yanğının daha da yayılmasını 1832 texnika ilə havadan və qurudan müdaxilələr sayəsində dayandırdıq. Alovları bəzi nöqtələrdə nəzarət altına aldıq. Həmçinin 6511 nəfər canlı qüvvə sahədə yanğınla mübarizə apardı. Bu gün 1832 uçuş reallaşdırılıb. Bu günə qədər 770 vətəndaşımız yaralanıb. Onlardan 757-i evə buraxılıb, 6-sının müalicəsi davam edir. Həyatları üçün təhlükə yoxdur. Sabah üçün daha ümidliyik. Çünki külkəyin sürəti azalacaq. Külək bu gün güclü olduğu halda, yanğınları söndürməyi bacardıq. Sabah tamamilə nəzarət altına alamağı hədəfləyirik”, – nazir xoş xəbəri verib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password