27 illik işğal nəticəsində təkcə kənd təsərrüfatına bu qədər ziyan dəyib

 

Qarabağın işğalı nəticəsində yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollardır.

 Bu fikirləri açıqlamasında tanınmış iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. O bildirib ki, müstəqil işçi qrupu ilkin hesablamalarını başa çatdırıb: “Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində kənd təsərrüfatına dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı ilkin hesablamalarımızı İşçi Qrupu olaraq  başa çatdırdıq. İşçi qrupu sintetik kontrol metodundan (Abedie, 2021) istifadə edərək, işğal altında olmuş rayonların hər birinə bənzər, işğaldan zərər görməmiş rayon seçərək, onların tutuşdurulması və uyğunlaşdırılması əsasında itirilmiş dəyərin müqayisəli hesablamasını aparııb. Rayonların seçilməsi, işğaldan zərər görmüş rayonla, işğaldan ziyan çəkməmiş ərazinin öncəki dövrünə (1985-1990) aid olan və kənd təsərrüfatının müxtəlif sahələrini əks etdirən statistik göstəricilər bazasında həyata keçirilib. Bu zaman sektorlar üzrə istehsal həcmi, məhsuldarlıq göstəriciləri bənzərlik meyarı kimi seçilib. Ən uyğun oxşar rayonlar müəyyənləşdirilməklə, ekspertlər son 27 ildə işğalda qalan hər bir rayona dəymiş zərərin məbləğini seçilmiş rayonların orta statistik göstəricilərinə (istehsal həcminə) əsasən hesablayıb. Bu zaman qiymətlər 1990-ci il baza ili götürülərək indeksləndirilib”.

Qubad İbadoğlu: Qocaların çoxu pensiya ala bilməyəcək

Qubad İbadoğlu əlavə edib ki, ekspert qiymətləndirilməsinə görə, yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollar olub: “Yaxın günlərdə təfsilatlı təqdimatımız olacaq. 27 il işğal altında qalmış hər bir rayonda ümumi və sektorlar üzrə kənd təsərrüfatına dəymiş zərərin məbləğləri açıqlanacaq. İşçi qrupu ABŞ-da, Almaniyada, Fransada, Macarıstanda, Türkiyədə, Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən müstəqil mütəxəssislərdən təşkil olunub. Qrup 2020-ci ilin dekabrında yaradılıb. İşçi qrupu kənd təsərrüfatı ilə yanaşı, əmlaka və mədən sektoruna dəymiş ziyanın hesablanması üzərində də iş aparır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password