Batyadan tapşırıq: Tixanovskayaya peçenye göndərin…
Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifət lideri Svetlana Tixanovskayaya bir neçə bağlama peçenye göndərilməsi üçün baş nazir Roman Qolovçenkoya tapşırıq verib.
Lukaşenko bu barədə hökumətin bu gün keçirilən iclasında deyib.
“Qulaq asın, mən birinci il deyil ki, prezident işləyirəm. Əvvəlki 3 ABŞ prezidentini yaxşı tanıyıram. Onlarla rəsmi münasibətimiz olmasa da, yaxşı bilirəm ki, görüşəndə şəkil çəkdirmək və peçenye vermək lazımdır. Əgər orada həqiqətən peçenye ilə bağlı problem varsa, Roman, bir neçə bağlama göndərmək lazımdır” , – Lukaşenko ironiya ilə deyib.
“Göndərərik”, – Qolovçenko Lukaşenkoya cavab verib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Co Bayden Ağ Evdə Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanı qəbul etmişdi.