III ixtisas qrupunda vəziyyət yenidən gərgindir – İmtahanların nəticələri nəyi ortaya çıxardı?

 

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 14-15 iyul 2021-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. Maraqlıdır, görəsən, ötən il ilə müqayisədə builki nəticələr necədir? Son 2 il pandemiyaya təsadüf edən qəbul imtahanına onlayn dərslərin nə kimi təsiri oldu?

Təhsil eksperti Kamran Əsədov pandemiyanın qəbul imtahanlarına birmənalı şəkildə təsir etdiyini söyləyib:

Kamran Əsədov: “Təhsil haqlarında azalma ola bilər

“Məhz bunun nəticəsi olaraq, nə II, nə də III ixtisas qrupunda 700 bal toplayan olmadı. Bu onlayn tədris zamanı bir sıra fənnlərin öyrədilməsində ciddi problemlərin olduğunu göstərdi.

Düzdür, yüksək bal toplayan olmasa da, 250-500 bal arası toplayanlar xüsusən II ixtisas qrupu üzrə daha çox oldu. II ixtisas qrupundan olan abituriyentlərin bu nəticələrinə əsasən demək olar ki, artıq ali təhsil müəssisələrinə qəbul olublar. II ixtisas qrupunun abituriyentləri daha şanslıdırlar. Çünki onlar 150 bal ilə dövlət ali təhsil müəssisələrinə qəbul olma şansına malikdirlər.

III ixtisas qrupunda vəziyyət yenidən gərgindir. Xüsusən də 250-350 bal arası toplayan abituriyentlərin ali məktəblərə qəbul olma şansı bir qədər məhduddur. Onların hər biri ixtisas seçimində diqqətli olmalıdırlar”.

Ekspert onlayn tədris zamanı riyaziyyat fənninin keyfiyyətli keçilmədiyini bildirib: “Onlayn dərs zamanı şagirdlər riyaziyyat fənnnin tədrisi ilə bağlı ciddi problemlər yaşadılar. Çünki onlayn dərs zamanı riyaziyyat fənnin tədrisi keyfiyyətli deyildi.

Blok imtahanından 400 bal toplayan abituriyent attestat imtahanından maksimum nəticə qazana bilmədi. Bu məhz riyaziyyat fənninə görə idi. Bu da bir daha onu göstərir ki, onlayn dərslər heç də tədrisin əlçatanlığına gətirib çıxarmır. Çünki bütün ailələrin kompüteri, planşeti, telefonu, interneti yoxdur.

Bəzi texniki və təbiət fənnləri var ki, onların onlayn qaydada tədrisi mümkün deyil. Bundan şagirdlərlə birlikdə müəllimlər və valideynlər də əziyyət çəkirlər. Ona görə də nəticə zəif olur”.

K.Əsədov növbəti tədris ilindən ənənəvi tədrisin qismən bərpa ediləcəyini qeyd edib: “Artıq 18 yaşdan yuxarı olan şəxslər sentyabrın 1-dən məcburi şəkildə vaksin olunmalıdırlar. Vaksin olunanların sayı demək olar ki, 4 milyonu keçib. Bütün bunların xoş nəticə verəcəyini ümid edirəm. Sentyabrdan ənənəvi tədrisin bərpa olunacağını gözləyirik. Düzdür 2020-ci ilin mart ayında dayandığımız yerdən yox, daha fərqli hibrid şəkildə başlamalıyıq”./yenisabah.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password