Ermənistan atəşkəsi pozaraq Kəlbəcər istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

 

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Qeyd edək ki,“Sputnik Armeniya”yanın verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan- Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni hərbçisinin yaralanması barədə məlumat yayıb.

Hadisənin iyulun 29-da səhər saatlarında baş verdiyi bildirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password