Deputat Eldəniz Səlimov Nabranda polisi döyüb – DİN-dən açıqlama

 

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.

Məlumatı verən Xaçmaz sakinləri bildirib ki, hadisə dünən Nabranda baş verib.

Sakinlər qeyd edir ki, deputat səxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib.

Hazırda polis işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.

Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmadı. O, istifadə etdiyi hər iki mobil nömrəsini bağlayıb./bakupost.az

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə məlumat daxil olmayıb.

Bu sözləri mətbuata açıqlamasında DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password