Paşinyan yeni hökuməti formalaşdırmağa hazırlaşır

 

Avqustun 2-də Ermənistanın yeni parlamentinin ilk iclası keçiriləcək, bunun ardınca hökumət qurulmasına başlanacaq. Reyting.az bildirir ki, iyunun 20-də keçirilmiş növbədənkənar seçkidə formalaşan 107 nəfərlik parlamentdə 71 deputatla təmsil olunan Vətəndaş Sazişi Partiyası təkbaşına hökumət qura bilir.

Ermənistan 2018-ci il aprelin 9-da parlament idarə üsuluna keçib: icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərlik baş nazirdədir.

Baş nazir səlahiyyətlərinin icraçısı, Vətəndaş Sazişi Partiyasının lideri Nikol Paşinyan 2018-ci il mayın 8-dən hökumət rəhbəridir.

Hazırda Tiqran Avinyan və Mger Qriqoryan baş nazirin müavini, Rustam Badasyan ədliyyə naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Vaan Kerobyan iqtisadiyyat naziri, Atom Cancuqazyan maliyyə naziri, Ayk Çobanyan yüksək texnologiyalar sənayesi naziri, Suren Papikyan ərazi idarəçiliyi və infrastruktur naziri, Anait Avanesyan səhiyyə naziri, Vaqram Dumanyan elm, təhsil, mədəniyyət və idman naziri, Romanos Petrosyan ətraf mühit naziri səlahiyyətlərinin icraçısıdır.

Xarici işlər naziri, əmək və sosial məsələlər naziri postları boşdur. Müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan iyulun 20-də istefa verib. Həmin gündən Arşak Karapetyan müdafiə nazirinin birinci müavini təyin olunub, nazir səlahiyyətlərinin icrası ona həvalə edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password