DTX -dan əməliyyat:“Saxta əlillik dərəcəsi verənlərin sayı azalacaq”

Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlətin müəyyən etdiyi maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti  kompleks araşdırma tədbirləri həyata keçirib.
Xidmətdən bildirilib ki, faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.
Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanmışlar. Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
 Hərbi ekspert Ədalət Verdiyev bu barədə fikirlərini bölüşüb:
“Təəssüf ki, müharibədə iştirak etmiş şəxslərdən əvvəllər də birdəfəlik sosial müavinətlərin ödənilməsi və əlillik dərəcələrinin təyin edilməsi qarşılığında rüşvət alınması barədə oxuyur, eşidirdik. Bu barədə konkret faktlar var idi.
Görünür, DTX sözügedən problemi çözmək üçün əməliyyatları davam etdirir. Fikrimcə, DTX-nin əməliyyatları bu işlə məşğul olanlara dərs olacaq. Beləliklə, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, o cümlədən saxta əlillik dərəcəsi verən şəxslərin sayı kəskin azalacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password