Bakı Bəyannaməsi əlaqələrin inkişafına böyük töhfə verəcək – Ceyhun Bayramov

 

İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyk Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Azərbaycana dəvətə görə təşəkkürün bildirən Mustafa Şentop ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bundan sonra daha sıx olacağını deyib. TBMM-in sədri erməni işğalından azad edilmiş ərazilərdəki minalanmış sahələrin xəritələrinin tezliklə Azərbaycana verilməli olduğunu bildirib.

Nazir Ceyhun Bayramov əvvəlcə Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri arasında imzalanan Bakı Bəyannaməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu sənəd ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək.

Nazir qeyd edib ki, parlament sədrlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə planlaşdırılan səfəri çox əhəmiyyətlidir. O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Şuşaya olan səfəri bütün dünya üçün mühüm əhəmiyyət kəsb edirdi. “Şuşa Bəyannaməsi bizim üçün böyük uğurlardan biridir. 44 günlük Vətən müharibə dövründə Türkiyə daim yanımızda oldu və onun dəstəyini hiss etdik. Hazırda da Türkiyənin dəstəyini görürük və bundan fəxr edirik”, – deyə C.Bayramov bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password