Qobu bələdiyyəsinin sədri pulunu ödədiyi torpağı vermək üçün xanım sakinə daha nələr təklif edib – Abşeronun xanım başçısının diqqətinə
Abşeron rayonun Qobu qəsəbə sakini Rüstəmova Pakizə Ağamurad qızı tərəfindən Respublika Prezidenti İlham Əliyevə və bir sıra aidiyyatı dövlət orqanlarının rəhbərlərinə Qobu qəsəbə Bələdiyyəsinin sədri Araz Nəcəfovun Abşeron İH-nin həbsə atılan memarı ilə birlikdə törətdiyi qanun pozuntularının, onun mənim və digər sadə vətəndaşlara məxsus bələdiyyə torpaqlarını kənar şəxslərə arxa tarixlə sənədləşdirib saxtakarlıqla satmasının, əvəzində örüş sahəsindən saxta sənədlərlə yer təklif edilməsinin qarşısının dərhal alınmasının, ƏN-nin Sumqayıt Regional Ədliyyə İdarəsi rəisi, Abşeron İcra Hakimiyyəti rəhbərliyilə gizli sövdələşərək verdiyim şikayəti əsassız ört-basdır etmə cəhdindən, ona olunan əxlaqsız təklifindən, Qobu Bələdiyyə sədrinin onu şərləyib həbs etdirəcəyi ilə bağlı hədə-qorxusunun qarşısının alınması və 15 ildir ki, ayrılan bələdiyyə torpağının verilməsi barədə müraciət ünvanlanıb.
Aktualinfo.org Qobu qəsəbə sakinləri Pakizə Rüstəmovanın və Habil Həsənovun sözügedən müraciətini olduğu kimi oxucularra təqdim edir.Onlar yazırlar:
Hörmətli cənab Prezident, bir daha xatırlatmaq istəyirəm ki, 2006-cı ildə kənd sakinlərinə 8 sot olmaqla 300 manat rüsum müqabilində bələdiyyə torpağı verilərkən, Mən 20 sot üçün 800 manat rüsum pulunu Texnika Banka Qobu bələdyyəsinin hesabına köçürmüşdüm. Və mənə bildirmişdilər ki, sənə ən yaxşı yerdən “Çənlibel” restoranının yanından torpaq verəcəyik. Sonra məlum oldu ki, mənə verilən yeri Bələdiyyə başqasına pulla satıb. Sonra yenə söz verdilər ki, ayrı-ayrı yerlər olmaqla sənə 2 pay 10 sot yer verəcəyik. Doğrudur, mənə bir 10 sotluq yeri Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış əsasında göstərsələr də sənədə nə möhür vurulub, nə də Abşeron rayon İH-nin indi həbsdə olan Memarlıq Şöbəsinin müdiri Akif Əliyev,nə də Qobu Bələdiyyə sədri Araz Nəcəfov imza edib. Bu fırıldaqçılar uzun müddətdir ki, mənə saxta sənəd verib bürokrat kimi süründürürlər. İndilər də isə mənə məlum olub ki, bu korrupsiyalaşmış dəstənin mənə verdiyi çıxarış sənədində göstərilən yer örüş sahəsi imiş. Burada hər hansı ev tikmək qadağandır.Yəni bələdiyyə sədri bələdiyyə torpağı olmayan yeri qanunsuz olaraq bələdiyyə adı altında saxta sənədlərlə mənim kimi yerli sakinlərə sırımaq və pul qaznmaq istəyir. Mən ev tikmək üçün 800 manat pulu yerli bələdiyyəni hesabına 15 il əvvəl köçürmüşəm. Bu dəstə məndən əlavə olaraq sənədlərin düzəlməsi üçün tələb etdiyi 3000 manatı bir, keçən ildə 3500 manat ( cəmi 6500 manat olmaqla) kapital Bankdan kredit götürüb Araz Nəcəfova iş otağında vermişəm ki. sənədlərimi versin. Amma nə torpaq sahəmi ala bilirəm, nə də sənədlərimi. Bunların mənə verdiyi saxta sənədi yoxlatdıranda məlum oldu ki, nəzərdə tutlan yerin bələdiyyə torpağı deyil, kənd təsəsrrüftlı örüş sahəsi olduğu və heç vaxt buraya çıxarış verilə bilməyəcəyini məni başa saldılar. Artıq Qobu Bələdiyyəsinə illərlə ayaq döyməkdən yorulmuşam. Tək ailə başçısı olduğumdan Bankdan götürüb Araz Nəcəfova verdiyim pulun kredit ödənişini güclə ödəyirəm. Hazırda öhdəmdə evdə 5 nəfər var. Evdə də tək işləyən mənəm və aylıq 263 manat əməkhaqqqı alıram.
Son vaxtlar Abşeron rayon İH-ti başçısının köməkçisi Fuad müəllimin qəbulunda oldum. O da Araza zəng edib xahiş etdi ki, Pakizər xanımın torpaq məsləsini həll etsin. Budur, iyulun 18-də yenə İcra Hakimiyyətinin xahişini nəzərə alıb Arazın yanına getdim. Otaqda o əvvəlcə mənə «pasteldə bir dəfə görüşsək sənin torpaq məsləni həll edərəm dedi.» Durub qapını çırpıb otaqdan çıxdım. Budur, dünən 22 iyulda da yenə İcra hakimiyyətinin göstərişilə Arazın qəbuluna getdim. O başladı əvvəlcə məni təhqir etməyə ki, yenə məndən şikayət yazmısan. Amma onu da bil ki, səndən aldığım pulu yetimlər evinə verəcəm. sənə qaytarmayacam, torpaq da verməyəcəyəm.» Mən bu barədə yenə Abşeron İcra Hakimiyyəti başçısı İradə xanımın yanına gəlib qəbuluna düşmək istədim. Qoymadılar. Dedilər şikayət formasında yaz ver qutuya salaq İradə xanım şəxsən məktubunuzu oxuyub tədbr görərəcək. Sonda DİN-nin 102 xidmətinə zəng edib şikayət etdim ki, Bələdiyyə sədri məni otağında təhqirlər edib qovdu. Dedilər ki, biz qeydiyyata aldıq. Tədbir görülər.