Qarabağda savaşın ilk 3 günündən sonra… – Yunan kəşfiyyatçı

 

PUA-ların Qarabağdakı qələbədə oynadığı rol Yunanıstan və Cənubi Kiprdə də təkrarlana bilər.

Bunu Yunanıstan kəşfiyyatının keçmiş rəhbəri Savvas Kalenderidis deyib.

S.Kalenderidis bildirib ki, siyasi qərar verilsəydi, Qarabağda məğlubiyyətin qarşısı alına bilərdi:

“Azərbaycan Ordusu müasir sistemlərlə təchiz edildi və gücləndirildi. Ermənistan isə yerində saydı və texnoloji baxımdan geridə qaldı. Ermənilər gedişatı izləməli və böyük günə hazır olmalı idilər, ancaq olmadılar. Yunanıstan və Cənubi Kiprdə də eyni şey olur. Türkiyənin havada, quruda və dənizdə həddindən artıq hərbi cəhətdən təchiz olunduğunu görürük. Müdafiə sənayelərini inkişaf etdirirlər.

Türkiyə ən böyük parçanı Yunanıstandan və Cənubi Kiprdən almaq istəyir. Son 20 ildə Yunanıstan əslində hərbi baxımdan təchiz olunmur, Türkiyə isə sürətlə güclənir. Böyük gün gəlsə, inanıram ki, Ermənistanın yaşadığını biz də yaşayacağıq”.

Türk PUA-larının Qarabağ müharibəsində mühüm rol oynamasından danışan kəşfiyyatçı azərbaycanlı hərbçilərin fərqini də vurğulayıb:

“Azərbaycanlıların döyüş bölmələrini dəyişdirmə qabiliyyəti var idi. Məsələn, bir Azərbaycan briqadası 1-2 gün döyüşdükdən dərhal sonra yeri dəyişdirilirdi. Bu, azərbaycanlılarda oldu, amma ermənilərdə insan faktoru çatışmırdı.

Müharibənin ilk 3 günündən sonra Türkiyə və İsrail istehsalı olan Azərbaycan PUA-ları erməni tanklarını, döyüş maşınlarını, odlu silahları, topları və pulemyot bölmələrini aşkar etməyə və vurmağa başladı. Onları dəqiq zərbələrlə məhv edirdilər. Hamımız bunları izlədik”.

Kalenderidis Ermənistanın cəbhədə itirdiyi silahları və əsgərləri əvəz edə bilmədiyini və bu səbəbdən də Azərbaycan Ordusuna qarşı mübarizə apara bilmədiyini bildirib:

“Ermənilər 10-15 gündən sonra döyüşmək və hücumların qarşısını almaq qabiliyyətini itirdilər. Sonra Rusiya müdaxilə etdi və Ermənistan üçün alçaldıcı müqavilə imzalandı”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password