Orduda ştat-struktur dəyişiklikləri… – “Türkiyə modelinə keçirilir”

“Kadr islahatları bununla bitməyəcək”
“Gələcəkdə də yerdəyişmələr, təyinatlar olacaq”
Məlum oluğu kimi, aylardır boş qalan baş qərargah rəisi vəzifəsinə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Kərim Vəliyev təyin olunub. Həmçinin general-leytenant Nizam Osmanov müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Ənvər Əfəndiyev Quru qoşunlarının komandanı, general-mayor Azər Əliyev Əməliyyat baş idarəsinin rəisi, general-mayor Kənan Seyidov isə bundan sonra 5-ci Ordu Korpusunun komandiri vəzifələrini icra edəcəklər.
Hərbi ekspert Ədalət Verdiyev açıqlamasında təyinatları belə qiymətləndirdi:
“General Kərim Vəliyevi şəxsən tanıyıram. O, akademik hərbi təhsil almış, hər iki Qarabağ müharibəsində iştirak etmiş, haqqında mənfi fikir olmayan peşəkar hərbçidir.
Eyni zamanda Ordumuzun Türkiyə silahlı qüvvələri modelinə keçməsi ilə əlaqədər ştat-struktur dəyişiklikləri həyata keçirilir.
Odur ki, quru qoşunları yaradıldı və genaral-mayor Ənvər Əfəndiyev bu posta təyin edildi. Fikrimcə, uğurlu təyinatlardır.
Amma kadr islahatları bununla bitməyəcək. Gələcəkdə də yerdəyişmələr, təyinatlar olacaq”./sherq.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password