Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə rəhbər təyin edilib
Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, sərəncamla Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilmiş Məftun Qurban oğlu Abbasov vaxtilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini olub.
M.Abbasov bu vəzifədə 2021-ci il ilin mart ayınadək çalışıb.